Biz doğrudanmı azadıq, yoxsa sadəcə azad olduğumuza inanırıq?

Biz doğrudanmı azadıq, yoxsa sadəcə azad olduğumuza inanırıq?

Biz hər gün azadlıqdan danışı­rıq. “Mən istədiyimi edirəm”, “fikrimi sərbəst deyirəm”, “heç kim mənə nə etməli olduğumu demir” — bunları eşitmək adi haldır.
Amma bir anlıq dayan.
Bu “istədiyin” doğrudan da sənin istəyindir, yoxsa sənə illərlə göstərilən, təkrar-təkrar deyilən “istə” formasıdır?

Telefonunda baxdığın xəbərləri sən seçirsən, yoxsa alqoritm?
Geyindiyin paltarı sən bəyəndin, yoxsa brend səni inandırdı ki, “bu sənindir”?
Hətta kiminlə evlənəcəyinə, harada işləyəcəyinə qədər — bəlkə də hamısı səssiz manipulyasiyanın nəticəsidir.

Biz bəzən azad olduğumuzu düşünməklə öz zəncirlərimizi gizlədirik.
Əsl azadlıq, kiminsə dediyini deyil, öz beynində doğan fikri eşitmək bacarığıdır.
Bəs sənin fikirlərin doğrudan da sənə məxsusdurmu?